SON XƏBƏRLƏR

İran nüvə proqramının bütün aspektlərindən əl çəkməlidir - Uolts

2025.03.17, 10:53
İran nüvə proqramının bütün aspektlərindən əl çəkməlidir - Uolts

Vaşinqton İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün variantları nəzərdən keçirir. Bura İranın nüvə proqramının bütün aspektləri, o cümlədən raketlər, silahlar və zənginləşdirmə daxildir. Onlar ya bu proqramdan tamamilə və təsdiqlənmiş şəkildə imtina etməlidirlər, ya da bir sıra nəticələrlə üzləşməlidirlər.

Gunaz.tv

Bunu Amerikanın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts deyib.

“Tramp dəfələrlə İranın nüvə silahı əldə etməsinin qəbuledilməz olduğunu bildirib. Respublikanın nüvə silahı əldə etməsinə mane olacaq bütün variantlar masa üzərindədir. Tehran nəticələrlə üzləşə bilər. Amma heç bir halda barmaqları nüvə düyməsinə çatan ayətullahlarla barışa bilmərik. Nüvə silahının yayılması baxımından Yaxın Şərqdə silahlanma yarışına gətirib çıxaran vəziyyətə düşə bilmərik. Prezident Tramp isə bu və ya digər şəkildə qərarlıdır”, - o bildirib.

Qeyd edək ki, son həftələr beynəlxalq ictimaiyyətin Tehranın nüvə proqramının genişləndirilməsi ilə bağlı narahatlığı daha da artıb.

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi ötən ay xəbərdarlıq edib ki, Tehran uranın zənginlədirməsi həddini keçib və bu atom silahı əldə etmək səviyyəsinə yaxınlaıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar