SON XƏBƏRLƏR

Türkiyə Krımın ilhaqını tanımır

2025.03.17, 12:53
Türkiyə Krımın ilhaqını tanımır

Türkiyə Xarici İşlər Nazirliyi, Rusiyanın Krımı qeyri-qanuni referendumla ilhaq etməsinin 11-ci ildönümündə bu addımı tanımadığını və Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini açıqlayıb.

Gunaz.tv

Türkiyə Xarici İşlər Nazirliyinin 16 mart 2025-ci il tarixli açıqlamasında qeyd edilib: "On bir il əvvəl bu gün (16 mart) qeyri-legitim referendum yolu ilə Krım Muxtar Respublikasının Rusiya Federasiyası tərəfindən ilhaqının ildönümündə biz bir daha vurğulayırıq ki, Krımda beynəlxalq hüququn pozulmasını təşkil edən de-fakto vəziyyəti tanımırıq və Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyirik.".

Türkiyə Xarici İşlər Nazirliyi, həmçinin Krımda vəziyyətin inkişafını yaxından izləyəcəklərini və xüsusilə Krım tatarlarının vəziyyətinə diqqət yetirəcəklərini vurğulayıb. Bu məsələni beynəlxalq ictimaiyyətin gündəmində saxlamağa davam edəcəkləri qeyd edilib. 

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar