SON XƏBƏRLƏR

Rusiya və Ukrayna arasında əsir mübadiləsi həyata keçirilib

2025.03.20, 11:03
Rusiya və Ukrayna arasında əsir mübadiləsi həyata keçirilib

Rusiya və Ukrayna arasında 175 hərbi əsirin mübadiləsi həyata keçirilib.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya humanitar addım olaraq 22 ağır yaralı Ukrayna hərbçisini əlavə olaraq Kiyevə təhvil verib.

Mübadilə barədə Rusiya prezidenti Vladimir Putin ABŞ lideri Donald Tramp ilə telefon danışığı zamanı əvvəlcədən məlumat və bir növ söz vermişdi. Həmin söhbət zamanı Putin Trampa bu mübadilənin tezliklə baş tutacağını bildirmişdi.

Bu addım Rusiya-Ukrayna müharibəsində əsir dəyişdirmə prosesinin davam etdiyini və müəyyən razılaşmaların yerinə yetirildiyini göstərir. İki ölkə arasında əsir mübadilələrinin gələcəkdə də davam edəcəyi gözlənilir.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar