SON XƏBƏRLƏR

Kürd terror qruplaşmalarının tərəfdarlarının bu dəfə Urmiyənın “Dum Dum” qalasında təxribat xarakterli toplantı keçiriblər

2025.03.22, 12:14
Kürd terror qruplaşmalarının tərəfdarlarının bu dəfə Urmiyənın “Dum Dum” qalasında təxribat xarakterli toplantı keçiriblər

Rejim Urmuda növbəti təxribat əl atıb. Dumdum qalasında terror qruplaşmasının tərəfdarlarının iştirakı ilə anım mərasimi keçirilib.

Gunaz.tv

Məasimdə iştirak edənlər də kürd terror qruplaşmalarının geyimi olan “torpaq rəngli” forma geyiniblər və siyasi mahnılar, o cümlədən Şah Abbas Səfəvi (yəni türklərlə) ilə müharibəni zəruriliyini vurğulayan “dum dum” mahnısını oxuyublar.

Qeyd edək ki, Böyük Şah Abbasın dövründə Urmiyənın Dum Dum qalasında Birinci, İkinci və Üçüncü Dum Dum müharibələri kimi tanınan üç müharibə baş verib.

Bu müharibələrin bir tərəfində Əmir Xan Yekdost kimi tanınan Əmir Xan Baradost və digər tərəfdə isə Səfəvi ordusu yer alırdı. Qeyd etməliyik ki, bu döyüşləri kürdlər və türk arasında savaş kimi qiymətləndirmək olmaz, çünki hər iki orduda kürdlər vuruşurdular.

Amma son illərdə bəzi terrorçu qruplar öz iddialarına tarixi legitimlik qazandırmaq, Azərbaycana torpaq iddialarını genişləndirmək üçün belə tarixi olaylardan öz mənfəətləri üçün istifadə edirlər.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar