SON XƏBƏRLƏR

Kürd nümayəndə türklərə qarşı çağırış etdi

2025.03.24, 10:00
Kürd nümayəndə türklərə qarşı çağırış etdi

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərindən İran parlamentinə təyin olunan kürd əsilli millət vəkili Hakim Mamakan martın 22-də Urmiyada keçirilən aksiyada iştirak edənlərə qarşı cəza təəbrlərinin görülməsini istəyib.

Gunaz.tv

O, bu barədə özünün sosial media hesabında paylaşım edib.

"Birliyi pozanlar və milli təhlükəsizliyə qarşı çıxanlarla bağlı ölçü götürülməlidir",- millət vəkili yazıb.

Xatırladaq ki, martın 18-də Qərbi Azərbaycanda yaşayan kürdlər və başqa bölgələrdən gətirilən kürd əsilli qonaqlar Urmuda bayram mərasimi keçirib və "Urmiya Kürdüstandır" şüarları səsləndiriblər.

Bundan sonra martın 22-də 10 minlərlə azərbaycanlı Urmunun mərkəzi küçələrində miliyyətçi kürdlərin torpaq iddialarına qarşı aksiya keçiriblər.

Aksiyada "Urmiya türkündür, türkün olacaq", "Azərbaycan oyaqdı, kürdlər bizə qonaqdı", "bu torpaqdan pay olmaz, Urmu Kürdüstan olmaz" və başqa bu kimi şüarlar səsləndiriblər.

Aksiya şiələrin birinci imamı Əli ibn Əbutalibin vəfat gününə təsadüf etdiyinə görə, yas mərasiminə gələnlər də eyləmçilərə qoşulduğu üçün eyləm daha izdihamlı mitinqə çevrilib.

Qeyd edək ki, kürd əsilli millət vəkili Hakim Mamakan, Qərbi Azərbaycan əyalətində türklərə, Azərbaycan türkcəsi və mədəniyyətinə qarşı qərəzli mövqe və çıxışlarına görə tanınır.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar