SON XƏBƏRLƏR

Etnik problem təhlükəlidir- İranlı nazir

2025.03.24, 13:49
Etnik problem təhlükəlidir- İranlı nazir

İranda etnik və dini faylar təhrik edilməməlidir, onlar tezliklə əriyə və dağıdıcı alova çevrilə bilər.

Gunaz.tv

Bunu İranın irşad naziri Seyid Abbas Salehi özünün X hesabında yazıb.

"Birliyi pozan hər bir səs, hərəkat indi daha qorxulu ola bilər, ona görə də,  ölkənin indiki durumunda əvvəlkindən də diqqətli olmalıyıq",- o əlavə edib.

İranlı nazirin iki gün əvvəl Urmu şəhərində Azərbaycan türklərinin izdihamlı mitinqindən sonra bu paylaşımı edib.

Qeyd edək ki, martın 18-də kürdlər Urmu şəhərində bayram şənliyini siyasi mitinqə çevirib və Qərbi Azərbaycan əyalətinə torpq iddiası irəli sürüblər.

Bundan sonra martın 22-də Urmu şəhərində on minlərlə Azərbaycan türkünün iştirak etdiyi izdihamlı mitinq keçirilib, ərazi iddialarına sərt reaksiya verilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar