SON XƏBƏRLƏR

Atom bombası əldə etməliyik - Nadiri

2025.04.01, 12:33
Atom bombası əldə etməliyik - Nadiri

Donald Trampın ilk prezidentlik dövründə Şimali Koreya ilə davranışını və çıxışını müşahidə etmək onu göstərir ki, atom bombasına sahib olmaq Koreyaya təhlükəsizlik gətirib.

Gunaz.tv

Bunu İran parlamentinin Rəyasət Heyətinin üzvü Əhməd Nadiri özünün X hesabında yazıb.

"Əgər biz də atom bombası ilə silahlanmış olsaydıq, Tramp bombalamaqla hədələməyə cəsarət etməzdi",- o əlavə edib.

Nadiri, ölkənin bir çox elitasının nüvə bombasının sınaqdan keçirilməsini və elan edilməsini tələb etdiklərini bildirib.

Qeyd edək ki, bir gün əvvəl Əli Xaməneinin müşaviri Əli Laricani də, Amerika və İsrailin İrana hücum edəcəyi təqdirdə, Tehranın nüvə bombası istehsal edəcəyini deyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar