SON XƏBƏRLƏR

Aİ ABŞ-nin yeni rüsumlarına qarşı cavab tədbirləri görməyə hazırdır

2025.04.03, 12:54
Aİ ABŞ-nin yeni rüsumlarına qarşı cavab tədbirləri görməyə hazırdır

ABŞ-nin tətbiq etdiyi rüsumlar dünya iqtisadiyyatına ciddi zərbədir, Avropa İttifaqı (Aİ) Birləşmiş Ştatlarla danışıqlara hazırdır, lakin Vaşinqton imtina edərsə, Brüssel cavab tədbirləri görəcək.

Gunaz.tv

GünazTV "Report"-a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bəyan edib.

"Avropanın bu fırtınadan keçmək üçün hər şeyi var. Biz birlikdəyik. Əgər sən birimizə meydan oxuyursansa - hamımıza meydan oxuyursan. Biz bir-birimizin arxasında duracağıq. Birliyimiz gücümüzdür", - o bildirib. Avropa Komissiyasının sədri mümkün əks tədbirlərin nədən ibarət olacağını dəqiqləşdirməyib.

Fon der Lyayenin sözlərinə görə, Avropa qitənin iqtisadi təhlükəsizliyini gücləndirmək üçün əlavə tədbirlər görəcək. O vurğulayıb ki, ABŞ administrasiyasının hərəkətlərindən daha çox iqtisadiyyatı zəif inkişaf etmiş ən həssas ölkələr zərər çəkəcək.

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp ölkəyə idxal olunan bütün məhsullara minimum 10 faiz rüsum tətbiq ediləcəyini elan edib. ABŞ hökuməti Çindən idxala 34 %, Tayvandan idxala 23 %, Aİ-dən idxala 20 %, Böyük Britaniyadan idxala 10 % həcmində gömrük rüsumları tətbiq edəcək. D.Tramp bu tədbirləri ABŞ-nin ticarət balansını tarazlaşdırmaq zərurəti ilə izah edib.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar