SON XƏBƏRLƏR

İrəvandan konstitusiya dəyişikliyi mesajı

2025.04.03, 13:04
İrəvandan konstitusiya dəyişikliyi mesajı

Ermənistan Azərbaycanla sülh sazişini imzalamağa hazırdır.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan deyib.

“Sülhün alternativi yoxdur və bizim addımlarımız yekun sülhün bərqərar olmasına yönəlməlidir”, - nazir bildirib.

Srbuhi Qalyan Ermənistan konstitusiyasına dəyişiklik məsələsinə də toxunub:

“Konstitusiyanın yeni mətni üzərində işləyirik, amma hazırda mətnlə bağlı hər hansı təfərrüat verə bilmərəm. Ancaq bir şeyi vurğulamaq lazımdır: mətn gizli olmayacaq və nə vaxtsa ictimaiyyətə açıqlanacaq”.

Onun sözlərinə görə, konstitusiyaya dəyişikliklər 1-2 ay ərzində həyata keçirilə biləcək sadə iş deyil:

“Bu, mütəxəssislərin uzunmüddətli işləməsini tələb edir, 8-10 aydan söhbət gedir, mən hesab etmirəm ki, həmin vaxta qədər yeni konstitusiyanın mətnini hazırlamaq mümkün deyil”.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar