SON XƏBƏRLƏR

Türk dilinin rəsmi olması ilə bağlı kampaniya başladıldı

2025.04.09, 16:06
Türk dilinin rəsmi olması ilə bağlı kampaniya başladıldı

İranda Azərbaycan türkcəsinin rəsmi dövlət dili statusunun verilməsi tələbi ilə kampaniya başladılıb.

Gunaz.tv

Bu barədə mədəni fəallar məlumat yayıb.

Məlumata görə, bu tələblə başladılan imza kampaniyasına minlərlə şəxs qoşulub.

"Dəyərli dost, dil ədalətini gerçəkləşdirmə kampaniyası türk dilini İranın rəsmi dillərindən biri olaraq tanınması üçün çalışır. Buna görə də sizdən dəvət olunur ki, bu petisiyanı imzalamaqla bu qanuni və ədalətli tələbimizi dəstəkləyəsiniz. Sizin imzanız dil ayrı-seçkiliyini aradan qaldırmaq və mədəni haqlarımızı əldə etmək yolunda təsirli bir addımdır",- müraciətdə bildirilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar