SON XƏBƏRLƏR

Argentinalı prokuror terror aktına görə Xaməneinin həbsini tələb etdi

2025.04.10, 11:09
Argentinalı prokuror terror aktına görə Xaməneinin həbsini tələb etdi

1994-cü ildə ölkənin Yəhudi Yardım Mərkəzində (AMİA) törədilən partlayışın işi üzrə vəkillər hakimdən İran lideri Əli Xamnəneinin beynəlxalq həbsinə order verilməsini istəyiblər.

Gunaz.tv

Bu barədə Argentinaın "Klarin" qəzeti məlumat yayıb.

"Prokuror Sebastian Basso hakim Daniel Rafkasdan Xamənei üçün İnterpolun həbsinə order verilməsini istəyib",- məlumatda bildirilib.

İş üzrə yeni prokuror həmçinin iş üzrə digər iranlı və livanlı müttəhimlərin də qiyabi mühakimə olunmasını tələb edib.

Prokuror öz müraciətində vurğulaıb ki, bu təqib qərarı müttəhimlərin Hizbullaha bağlı gizli silahlı təşkilata dəstək verməsi və onilliklər ərzində insanların həyatına və əmlakına qarşı saysız-hesabsız hücumlar, o cümlədən AMİA-ya hücum təşkil etdiklərinə görə verilməlidir.

Qeyd edək ki, 18 iyun 1994-cü ildə Argentinanın paytaxtında İrana bağlı terrorçular Yəhudilərin Yardım Mərkəzi binasına bomba qoyaraq 85 yəhudinin ölümünə, 300-dən çox yəhudinin yaralanmasına səbəb olublar.

Hal-hazırda Argentinada 230 min yəhudinin yaşadığı, bu ölkənin İsraildən qıraqda yəhudilərin ən çox yerləşdiyi 6-cı ölkə olduğuna görə, onlar daima İranın terror  hədəflərindən biri olublar.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar