SON XƏBƏRLƏR

Təbrizdə dövlət işçiləri saxlanılıb

2025.04.10, 15:19
Təbrizdə dövlət işçiləri saxlanılıb

Təbrizdə bəzi qurumlarda korrupsiya əməllərinə görə bir neçə nəfər saxlanılıb və bu istiqamətdə araşdırmalar davam edir.

Gunaz.tv

Bu barədə Şərqi Azərbaycan əyalətinin polis rəisi Əli Məhəmmədi məlumat verib.

O, saxlanılan və dindirilənlərin kimliyi və sayı barədə açıqlama vermədən deyib: 

"Təbriz bələdiyyəsindən də bir neçə nəfər çağırıla və dindirilə bilər".

Qeyri-rəsmi məlumatlarda isə Təbriz bələdiyyəsi və ona bağlı bəzi qurumların bir neçə məmurunun həbs olunduğunu barədə məlumatlar yayıblar.

Qeyd edək ki, Beynəlxalq Şəffaflıq Təşkilatının yaydığı hesabata əsasən İran ən çox korrupsiyaya bulaşmış ölkələr arasındadır.

Təşkilatın 2024-cü il hesabatına əsasən, dünyanın 180 ölkəsi arasında korrupsiyaya görə İran 23 balla 151-ci yerdədir və dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri hesab olunur.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar