SON XƏBƏRLƏR

8 məhbus edam edildi

2025.04.17, 15:03
8 məhbus edam edildi

İranın Kirmanşah, Qum, Kərəc, Ərak və Borazcan şəhərlərinin həbsxanalarında 8 məhbus edam edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Edam edilənlər qətl və narkotik maddələrin alverində günahlandırılıblar.

Qeyd edək ki, 2024-cü ildə İranda 972 məhbus edam edilib və bu ötən il dünyada edam cəzalarının 64%-ə bərabərdir.

Beynəlxalq Əfv Təşkilatı yaydığı bəyanatda edam sayına görə İranın dünyada birinci yerdə olduğunu bildirib.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar