SON XƏBƏRLƏR

Məhəmməd Cavad Zərif: İsrail hücum edərsə İran Rusiyanın kömək edəcəyinə ümüd etməsin

2025.04.21, 20:34
Məhəmməd Cavad Zərif: İsrail hücum edərsə İran Rusiyanın kömək edəcəyinə ümüd etməsin

İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif İranın Qərblə münasibətlərinin vəziyyətindən asılı olmayaraq Rusiya ilə münasibətlərə realist baxmağı zəruri olduğunu vurğulayıb.

Gunaz.tv

Onun sözlərinə görə, Tehranın Rusiya ilə əsas problemi bu ölkəni anlamamasıdır. “Biz Rusiya ilə münasibətlərimizi dünya haqqında yanlış təsəvvürə əsaslanaraq müəyyən etmişik.” - deyə o bildirib.

“Ukrayna müharibəsində müəyyən addım atsaq, Rusiyanın da İsraillə münasibətlərimizlə bağlı eyni addımı atacağını gözləməməliyik. Rusiya ilə strateji tərəfdaşlıq açıq gözlər və Rusiyanı dəqiq başa düşməklə davam etdirilməlidir." - Cavad Zərif fikirlərinə əlavə edib.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar