SON XƏBƏRLƏR

Ruben Vardanyanın məhkəməsində mina partlayışı zamanı xəsarət almış şəxslər ifadə verirlər

2025.04.22, 14:07
Ruben Vardanyanın məhkəməsində mina partlayışı zamanı xəsarət almış şəxslər ifadə verirlər

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə dair maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə aprelin 22-də keçirilən məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verirlər.

Gunaz.tv

GünazTV "Report"-a istinadla xəbər verir ki, zərərçəkmiş Həsənəli Əliyev ifadəsində 2024-cü il fevralın 4-də həyətyanı sahədə heyvan otararkən ermənilərin basdırdığı minaya düşdüyünü bildirib.

“Nəticədə sol ayağımın aşağı üçdəbir hissəsi amputasiya olunub”, - deyə o vurğulayıb.

Məhkəmə prosesi zərərçəkmiş şəxslərin dindirilməsi ilə davam etdirilir. Onların əksəriyyəti ayaqlarının bir hissəsi amputasiya edilmiş mina qurbanlarıdır.

İfadə verən zərərçəkmiş şəxslərin əksəriyyəti məhkəməyə qoltuqağacı və əsa ilə gəliblər.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar