SON XƏBƏRLƏR

SEPAH-a bağlı terrorçu İrana qaçıb

2025.04.22, 15:36
SEPAH-a bağlı terrorçu İrana qaçıb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qeds" qüvvələrinə bağlı İsveçin "Fokstrot" cinayətkar dəstəsinin başçısı, beynəlxalq axtarışda olan Rua Nəcid İrandadır.

Gunaz.tv

Bu barədə xarici media SEPAH-dakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Kopenhagen və İstokholmda İsrail hədəflərinə qarşı hücumların təşkilində günahlandırılan cinayətkar dəstə başçısı hazırda İranda yaşayır və SEPAH-ın himayəsi altında Əfqanistana gəl-get edir.

Qeyd edək ki, "Fokstrot" şəbəkəsi İsveçdə ən təhlükəli cinayətkar dəstələrdən biridir və ölkədə silahlı münaqişələrə, sifarişli qətllərə və geniş yayılmış zorakılığa səbəb olub. Bu qrup həm də Avropada narkotik və silah ticarəti ilə məşğul olan ən mühüm təşkilatlardan biri kimi tanınır.

Buna və İranın maraqlarına xidmət etdiyinə görə, ABŞ cə Böyük Britaniya cinayətkar dəstə və onun başçısı Rua Məcidə qarşı sanksiyalar tətbiq edib.

Milliyyətcə kürd olan Məcid Ruanın ailəsi İran-İraq müharibəsi zamanı İraqdan İrana köçüb və o 1985-ci ildə Kirmanşah şəhərində anadan olub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar