SON XƏBƏRLƏR

Bakıda Türk Dövlətləri Təşkilatının Kosmik Agentliklərinin 4-cü görüşü keçirilir

2025.04.23, 12:13
Bakıda Türk Dövlətləri Təşkilatının Kosmik Agentliklərinin 4-cü görüşü keçirilir

Bakıda Türk Dövlətləri Təşkilatının Kosmik Agentliklərinin 4-cü görüşü öz işinə başlayıb.

Gunaz.tv

GünazTV “APA-Economics”-ə istinadla xəbər verir ki, tədbir Mərkəzi Asiya regionunun kosmik oyunçularının iştirakı ilə artıq dördüncü dəfə keçirilən Kosmik Texnologiyalar Konfransı (STC2025) çərçivəsində baş tutub.

Azərbaycan Kosmik Agentliyinin ev sahibliyi ilə keçirilən toplantıda Türk Dövlətləri Təşkilatına üzv olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və müşahidəçi ölkə Macarıstan iştirak edir. Məqsəd türk dövlətləri arasında kosmik sahədə müştərək layihələri dəstəkləmək və qarşılıqlı əlaqələrin inkişafı üçün birgə fəaliyyət istiqamətlərini müəyyənləşdirməkdir. Toplantının gündəliyinin əsas mərkəzində kosmik fəaliyyətin davamlılığı üçün əməkdaşlığın vacibliyi qeyd olunub.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar