SON XƏBƏRLƏR

XİN: Astara-Rəşt yolunun inşasına maliyyə ayrılmasında xırda problemlər var

2025.04.24, 13:14
XİN: Astara-Rəşt yolunun inşasına maliyyə ayrılmasında xırda problemlər var

"Astara terminalının yenilənməsi və körpü qurulması üzrə işlər başa çatmaqdadır".

Gunaz.tv

GünazTV APA-ya istinadla xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisinin müavini Rövşən Mirzəyev “Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT): İmkanlar və perspektivlər” mövzusunda keçirilən panel müzakirəsinin ardından təşkil edilən sual-cavab zamanı söyləyib.

Natiqin sözlərinə görə, hazırda ölkəmizin təşviq etdiyi önəmli nəqliyyat şəbəkəsi Transxəzər marşrutudur:

“Təbii ki, Şimal-Cənub Nəqliyyat Dəhlizi başqa bir təşviq istiqamətidir. Astara terminalındakı yenilənmə və körpünün qurulması başa çatır. Astara-Rəşt yolunun inşasına maliyyə ayrılmasında xırda problemlər mövcuddur. Hazırda danışıqlar aparılmaqdadır".

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar