SON XƏBƏRLƏR

Ermənistan konstitusiyasını dəyişməli və Minsk qrupunun ləğvinə razılıq verməlidir

2025.04.25, 13:41
Ermənistan konstitusiyasını dəyişməli və Minsk qrupunun ləğvinə razılıq verməlidir

Bu gün baş tutan görüşlər zamanı post-münaqişə dövründə Ermənistan tərəfindən tələb olunan gözləntilər bir daha detallı şəkildə izah edildi.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə keçirdiyi mətbuat konfransında bildirib.

“Azərbaycana olan ərazi iddiaları ilə bağlı maddələrin Ermənistan konstitusiyasından çıxarılması və Minsk qrupunun ləğvi ilə bağlı addımların Ermənistan tərəfindən atılması gözlənilir. Ermənistanda revanşist qüvvələrin mövcud olması ciddi narahatlıq doğurur. Onların sürətli şəkildə silahlanması, təəssüf ki, hələ də təhdid kimi qalmaqdadır.” – Ceyhun Bayramov vurğulayıb.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar