SON XƏBƏRLƏR

Tehranda Xaməneiyə qarşı şüar səsləndirildi

2025.04.28, 14:13
Tehranda Xaməneiyə qarşı şüar səsləndirildi

Dünən günortadan sonra Tehranın Şimali Kargər küçəsində İran rəhbəri Əli Xaməneiyə qarşı şüarlar səsləndirən şəxs həbs edilib.

Gunaz.tv

Bununla bağlı sosial media platformalarında videolar paylaşılıb.

Videolarda üzərində "ölüm olsun cinayətkar Xaməneiyə" sözü yazılan plakat qaldıran şəxs eyni sözləri uca səslə təkrar etdiyi görünür.

Qısa müddət ərzində hadisə yerinə gələn polis əməkdaşları etirazçı şəxsi qandallayaraq özləri ilə aparıblar.

İnsan haqları təşkilatları saxlanılan şəxsin 1982-ci il təvəllüdlü Həmid Kaşanı olduğunu bildiriblər.

Onun bundan əvvəl 2018-ci ildə "yalan məlumatlar yaymaq" və "hökumətə müxalif təşkilata üzv olmaq" ittihamına görə 3 il müddətinə həbs edilib.

Həmid Kaşaninin Bəndər Abbasın Şəhid Rəcayi limanında baş verən partlayışda bir neçə yaxınını itirdiyi iddia olunsa da, bu təsdiq olunmayıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar