SON XƏBƏRLƏR

Ərdoğan Türkiyədən Suriyaya qayıdan qaçqınların sayını açıqladı

2025.04.29, 12:02
Ərdoğan Türkiyədən Suriyaya qayıdan qaçqınların sayını açıqladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsindən Suriyaya qayıdan qaçqınların sayını açıqlayıb.

Gunaz.tv

GünazTV Report-a istinadla xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan, bu barədə “Türkiyə əsrində köç idarəçiliyi” proqramında çıxışında deyib.

“Suriyada 13 il yarım davam edən zülm və toqquşmalar 2024-cü il dekabrın 8-dən sonra başa çatıb. Bir milyon insanı öldürən Əsəd rejimi devriləndən sonra Suriya xalqının azadlığını təmsil edən yeni iqtidar formalaşdı. Suriya toparlandıqca, ölkədə sabitlik və təhlükəsizlik mühiti formalaşdıqca ölkəsinə qayıdan suriyalıların sayı artdı. Dekabrın 9-dan bəri Suriyaya qayıdanların sayı 931 bir min 540 nəfərə çatıb”, - Türkiyə Prezidenti söyləyib.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar