SON XƏBƏRLƏR

“Axios”: Donald Tramp impiçment edilə bilər

2025.04.29, 15:49
“Axios”: Donald Tramp impiçment edilə bilər

ABŞ Prezidenti Donald Trampın köməkçiləri onun impiçment oluna biləcəyindən narahatdırlar.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, bu barədə “Axios” portalı məlumat paylaşıb.

Nəşrin fikrincə, bu, Demokratlar Partiyası 2026-cı ildə keçiriləcək seçkilərdə Nümayəndələr Palatasında çoxluq əldə edəcəyi zaman baş verə bilər.

Nəşrin həmsöhbətlərindən biri Trampın impiçment edilə biləcəyinə inandığını deyib.

Nəşr qeyd edib ki, Tramp administrasiyası impiçment prosesinin nə qədər ağır yük ola biləcəyini anlayır. Amerika liderinin köməkçiləri bu halda prezidentin planlarının risk altında olacağından narahatdırlar.

Hazırda Demokratlar Nümayəndələr Palatasında azlıqdadır. Bununla belə, onlar artıq Trampı impiçment etmək istəklərini açıq şəkildə bəyan edirlər.

Konqresmen Şri Tanedar artıq Trampa qarşı impiçment layihəsini Konqresə təqdim edib. Con Ossoff Trampın impiçmentinə dəstək verən ilk senator olub.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar