SON XƏBƏRLƏR

ABŞ Müdafiə Naziri İrana xəbərdarlıq etdi- Əvəzini ödəyəcəksiniz

2025.05.01, 11:49
ABŞ Müdafiə Naziri İrana xəbərdarlıq etdi- Əvəzini ödəyəcəksiniz

İran Husilərə verdiyi dəstəyin əvəzini ödəyəcək.

Gunaz.tv

Bunu ABŞ-nin müdafiə naziri Pit Heqset özünün X hesabında yazıb.

"İrana mesaj: Husilərə ölümcül dəstəyinizi görürük. Nə etdiyinizi dəqiq bilirik. Siz ABŞ ordusunun imkanlarının nədən ibarət olduğunu çox yaxşı bilirsiniz. Sizə xəbərdarlıq edilib. Bunun əvəzini müəyyən etdiyimiz vaxt və yerdə ödəyəcəksiniz",- nazir İrana xəbərdarlıq edib.

ABŞ müdafiə nazirinin sərt xəbərdarlığı ABŞ və İran arasında danışıqların dördüncü raundundan cəmi üç gün əvvələ təsadüf edir.

Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vittakaf mayın 3-də İtaliyanın paytaxtı Romada Abbas Araqçi ilə danışıqların dördüncü raundunu keçirməlidir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar