SON XƏBƏRLƏR

BRICS toplantısında Suriyadakı vəziyyət müzakirə edildi

2025.05.01, 12:14
BRICS toplantısında Suriyadakı vəziyyət müzakirə edildi

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu hesab edir ki, Suriyanın bütün region üçün terror təhlükəsi mənbəyinə çevrilməsinin qarşısını almaq lazımdır.

Gunaz.tv

Braziliyanın paytaxtında keçirilən BRICS ölkələrinin təhlükəsizlik məsələləri üzrə yüksək səviyyəli nümayəndələrinin iclasının 2-ci sessiyasında çıxışında Suriyadakı vəziyyətə xüsusi yer ayırıb.

Şoyqu Rusiyanın Suriya ərazisindən geosiyasi rəqabət meydanı kimi istifadəyə qarşı olduğunu iddia edib: "Suriya məsələsində təsiri olan bütün ölkələrin vəziyyətin sabitliyinin pozulmasına səbəb ola biləcək addımlardan qaçmaq və vəziyyətin davamlı normallaşmasına nail olmaq üçün səylərini əlaqələndirmək lazımdır. Biz həmişə Suriya ərazisindən geosiyasi rəqabət meydanı kimi istifadə edilməsinə və müxtəlif dövlətlər arasında hesablaşmaya qarşı olmuşuq. Bunun bütün regionda terror təhlükəsi mənbəyinə çevrilməsinin qarşısını almaq bizim ümumi maraqlarımızdadır".

Qeyd edək ki, aprelin 29-da BRICS XİN başçılarının birgə bəyanatında da Suriyanın yeni hakimiyyətinə qarşı yönəlmiş müddəalar yer almışdı. 

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar