SON XƏBƏRLƏR

Pezeşkianın Ərdoğana cavab paylaşımı yenidən gündəm oldu

2025.05.03, 10:33
Pezeşkianın Ərdoğana cavab paylaşımı yenidən gündəm oldu

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan Respublikasına səfəri zamanı bir neçə dəfə Məhəmməd Hüseyn Şəhriyarın "Heydər babaya salam" poemasından parçalar oxuması barədə müzakirələr hələdə sosial media platformalarında müzakirə mövzularından biri olaraq qalır.

Gunaz.tv

Bu barədə xüsusilə Güney Azərbaycan və İran sosial media şəbəkələrində çox sayda paylaşımlar edilib.

İran Prezidentinin Azərbaycan dilində oxuduğu şeirləri müxtəlif formalarda yozan sosial media istfadəçiləri və tanınmış sosial media fəalları, Pezeşkianın həm də bundan əvvəl 2020-ci il dekabrın 10-da Bakıda keçirilən Zəfər Paradında Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanın Azərbaycan dilində "Arazı ayırdılar" şeirinə cavab paylaşımına diqqət çəkiblər.

Ərdoğanın İran rəsmiləri tərəfindən narahatlıq və qəzəblə qarşılanan şeir oxumasına Məsud Pezeşkianın sərt reaksiyası və X hesabında yazdığı mətn yenidən paylaşılıb.

2020-ci il dekabrın 11-də Məsud Pezeşkian həmin paylaşımında yazıb:

"İran torpağına tamah salmağın nəticəsi Səddamın taleyindən başqa bir şey deyil. Ərdoğan tarixə nəzər salmalıdır, onda görəcək ki, Azərbaycan Respublikası İrandan qoparılan bir parçadır. Türkiyənin kifayət qədər düşməni var və ağıllı davranmaq daha yaxşıdır. 

Bu cür əsassız arqumentlərin irəli sürülməsi müsəlmanlar arasında parçalanmaya səbəb olacaq və yalnız Amerika və İsraili sevindirəcək.

Azərbaycanı İran ərazisindən ayırmaq fantaziyadır. Bu bölgənin əhalisi İranın ərazi bütövlüyünü müdafiə etmək üçün ən yaxşı gəncləri ilə Xuzistan torpağında döyüşüblər".

İran Prezidentinin bu paylaşımını yenidən gündəmə gətirənlər onun ustad Şəhriyarın şeirlərindən istifadə edərək azərbaycanlıların rəğbətini qazanmaq, Azərbaycan Respublikası ilə münasibətlərin normallaşmasına çalışdığını bildiriblər.

Onların fikrincə, Məsud Pezeşkian bu vasitə ilə İran hökumətinə qarşı olan mənfi münasibəti dəyişmək, Tehranın Azərbaycanda dağılmış nüfuz və təsir imkanlarının bərpa etmək niyyətindədir.

Qeyd edək ki, ikinci Qarabağ müharibəsi zamanı ədalətli mövqeyinə görə Məsud Pezeşkian İranda təzyiq və hücumlara məruz qalıb. 

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar