SON XƏBƏRLƏR

Azərbaycanlı siyasi məhbus aclıq eyləmi keçirir

2025.05.05, 10:00
Azərbaycanlı siyasi məhbus aclıq eyləmi keçirir

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin həbsxanasında saxlanılan siyasi məhbus Hamid Qaraoğlani aclıq eyləmi keçirir.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, aclıq aksiyası keçirən azərbaycanlı məhbus təkadamlıq kameraya salınıb.

Bildirilib ki, 5 ilə yaxındır həbsdə saxlanılan Qaraoğlani, şərti azadlığa buraxılması barədə müraciətlərinin cavabsız qalmasına etiraz olaraq aclıq edir.

O, bundan əvvəl mart ayında da oxşar tələblə uzun müddətli aclıq eyləmi keçirdiyinə görə vəziyyəti ağırlaşmış və xəstəxanaya köçürülmüşdü.

Qeyd edək ki, Hamid Qaraoğlani 27 iyun 2020-cı ildə saxlanılıb, 28 sentyabr 2020-cı ildə Urmiya İnqilab Məhkəməsinin 2 saylı bölməsində mühakimə olunub.

O, "Amerika, və İsrailə casusluqda”, “xarici KİV-lərlə əlaqə”də, “rəhbəri təhqir etmək”də, "Qasım Süleymaninin şəklini cırmaq”da günahlandırılıb.

Azərbaycanlı məhbusun barəsində çıxarılan edam qərarı sonradan 14 il həbs cəzasına dəyişdirilib.

Qaraoğlani barəsində irəli sürülən ittihamların əsassız olduğunu və ondan işgəncə altında məcburi etiraf alındığını bildirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar