SON XƏBƏRLƏR

Vədud Əsədinin həbs cəzası təsdiqləndi

2025.05.06, 09:49
Vədud Əsədinin həbs cəzası təsdiqləndi

Tehranın Apellyasiya Məhkəməsinin 11 saylı bölməsi ilkin məhkəmənin, hazırda Tehranın Evin həbsxanasında saxlanılan, milli fəal Vədud Əsədi barədə çıxardığı 5 il 6 ay həbs cəzasını təsdiq edib.

Gunaz.tv

Bu barədə onun yaxınları məlumat yayıb.

O, "hökumət qarşı təbliğat", "hökumətə müxalif qurumlara üzv olmaq" və "rəhbəri təhqir etmək"də günahlandırılır.

Qeyd edək ki, adı çəkilən fəal 2024-cü il fevralın 6-da həbs edilərək Tehranın Evin həbsxanasına köçürülüb, martın 9-da isə girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.

O, 3 mart 2025-ci ildə yenidən həbs edilərək Evin həbaxanasına köçürülüb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar