SON XƏBƏRLƏR

Traxtorun qələbə sevincini bölüşən Qaşqay türkləri həbs edilib

2025.05.06, 11:05
Traxtorun qələbə sevincini bölüşən Qaşqay türkləri həbs edilib

Son günlər Şiraz və Firuzabad şəhərlərində “Traxtor” komandasına sosial media hesablarından dəstək verən və komandanın çempionluğunu qeyd edən bir neçə Qaşqay Türk mədəni fəal təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Gunaz.tv

Fəallar həbs olunduqdan sonra onların sosial media hesabları bağlanıb və onların harada olması, irəli sürülən ittihamlar və bu fəalların hazırkı durumu ilə bağlı heç bir rəsmi məlumat verilməyib.

Məlumatlı mənbələr həmin şəxslərin həbsinə səbəbin onların “Traxtur” komandasına dəstək vermələri və Azərbaycan türk xalqı ilə həmrəylik ifadə etmək üçün virtual fəaliyyət göstərmələri olduğunu bildirsələr də, rəsmi qurumların bu məsələdə hələ açıqlama verməyib.

İnsan haqları qrupları rəsmiləri açıqlama verməyə və saxlanılanların dərhal azadlığa buraxılmasına çağırıblar.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar