SON XƏBƏRLƏR

İran parlamentinin sədri miliyyətcə özbəkdir

2025.05.06, 12:36
İran parlamentinin sədri miliyyətcə özbəkdir

İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf əslən özbəkdir və o əcnəbi kökənli olduğuna görə yüksək vəzifə tutmamalıdır.

Gunaz.tv

Bu barədə yenidən İran sosial media platformalarında paylaşımlar edilib.

Bildirilib ki, o, Rəzəvi Xorasan əyalətinin Tərqəbə şəhərində anadan olsa da, atası Özbəkistanın Xocənd şəhərində İrana mühacirət edib.

Bildirilir ki, Özbəkistan Prezidenti Şövkət Mirziyayevin İrana səfəri və Qalibafla görüşü zamanı, Mirzaiyayev onun özbək olduğu barədə fikirlər səsləndirsə də, Qalibaf  bunun mediada yayılmasının qarşısını ala bilib.

Qeyd edək ki, bundan 2013-cü ildə İranda keçirilən prezident seçkilərində namizədliyini verən Tehranın o vaxtkı meri Qalibaf barədə "İran"qəzeti oxşar iddianı dərc edib və onun namizədliyinin verilməsini qanunsuz adlandırıb.

Buna görə də, qəzetin prezident seçkilərinə görə hazırladığı 2013-cü ilin iyun ayının 20-dəki xüsusi buraxılışı yığışdırılıb və yayılmasına icazə verilməyib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar