SON XƏBƏRLƏR

Zərərçəkmiş: Ermənistan hərbçilərinin atdığı snayper gülləsindən xəsarət aldım

2025.05.06, 15:15
Zərərçəkmiş: Ermənistan hərbçilərinin atdığı snayper gülləsindən xəsarət aldım

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə dair maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə mayın 6-da keçirilən məhkəmə prosesində zərərçəkmiş şəxslər dindirilir.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, zərərçəkmiş şəxs qismində tanınan Sadiq Baxşıyev ifadə verib. O, ifadəsində Ağdərə rayonu ərazisində Ermənistan Silahlı Qüvvələrinin qalıqları tərəfindən atılan snayper gülləsinin dəyməsi nəticəsində xəsarət aldığını bildirib. Onun aldığı xəsarət sağlamlığa ağır zərərvurmaya aiddir.

Məhkəmə prosesində zərərçəkmiş şəxs barəsində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi də elan edilib.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), və bir sıra digər maddələri ilə ittiham olunur.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar