SON XƏBƏRLƏR

Təbrizdə dövlət işçiləri həbs edilib

2025.05.07, 15:29
Təbrizdə dövlət işçiləri həbs edilib

Təbriz Qeydiyyat İdarəsinin rəisi, Təbrizin Sənəd və Əmlakın Qeydiyyatı İdarəsinin, Təbriz bələdiyyəsinin əməkdaşları da daxil olmaqla 46 nəfər həbs edilib.

Gunaz.tv

Bu barədə Şərqi Azərbaycan əyalətinin baş hakimi Musa Xəlilullahi məlumat yayıb.

O, saxlanılanların rüşvətxorluq və korrupsiya, dələduzluq və başqalarının əmlakını satmqda, saxta sənədlər hazırlamaq və istifadə etməkdə təqsirli bilindiklərini, barələrində barəsində cinayət işi açıldığını bildirib.

Qeyd edək ki, Beynəlxalq Şəffaflıq Təşkilatının yaydığı hesabata əsasən İran ən çox korrupsiyaya bulaşmış ölkələr arasındadır.

Təşkilatın 2024-cü il hesabatına əsasən, dünyanın 180 ölkəsi arasında korrupsiyaya görə İran 23 balla 151-ci yerdədir və dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri hesab olunur.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar