SON XƏBƏRLƏR

Azərbaycanlı işçilər qızıl mədənindən qovuldu

2025.05.08, 12:23
Azərbaycanlı işçilər qızıl mədənindən qovuldu

Şərqi Azərbaycan əyalətinin Vərziğan bölgəsində yerləşən Əndryan qızıl mədənində çalışan 50 nəfər işdən qovulub.

Gunaz.tv

Bu barədə işçi hərəkatı fəalları məlumat yayıb.

Məlumata görə, səbəb göstərilmədən işdən qovulanlara təzminat və öncədən qalan əmək haqları ödənilməyib.

Buna görə, onlar mayın 6-da qızıl mədəninin inzibati binası qarşısına toplaşaraq aksiya keçiriblər.

Qeyd edək ki, Əndəryan kəndi və bölgə əhalisi işsiz olduğu halda İran hökuməti sözügedən mədəndə Çin, Rusiya, Gürcüstan və Ermənistan ölkələrinin vətəndaşlarını çalışdırır.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar