SON XƏBƏRLƏR

Uçanda tarixi əsərlər dağılır - Yəqubi

2025.05.08, 15:16
Uçanda tarixi əsərlər dağılır - Yəqubi

Şərqi Azərbaycan əyalətinin Uçan (Bostanabad) rayonunda 300 tarixi əsər mövcuddur.

Gunaz.tv

Bunu rayonun başçısı Rəsul Yəqubi deyib.

O, bu əsərlərin yalnız 21-nin milli əsərlər siyahısında qeydə alındığını bildirib.

"Təəssüflə rayonun bəzi tarixi və qiymətli abidələri qorunmadığına görə dağılır",- Yəqubi deyib.

Qeyd edək ki, Şərqi Azərbaycanda bu günə kimi tanınan və qeydə alınan tarixi abidələrin sayı 1800-dən çoxdur, əyalət bu sahədə İranda ən çox tarixi abidəyə malik olan 5 əyalət arasında yer alır.

Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin yerli bölmələri tarixi abidələrin bərpası və qorunması üçün mərkəzdən yetərli büdcə ayrılmadığını deyirlər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar