SON XƏBƏRLƏR

Londonda daha bir iranlı həbs edildi

2025.05.10, 09:43
Londonda daha bir iranlı həbs edildi

Mayın 9-da Britaniyanın paytaxttı London şəhərində 31 yaşlı iranlı həbs edilib.

Gunaz.tv

Bu barədə Britaniyanın Terorla Mübarizə Polisi məlumat yayıb.

Bundan əvvəl isə Britaniyada terror aktları həyata keçirməyi planlaşdıran 8 iranlı saxlanılıb.

Onlardan 5-i İnqilab Keşikçiləri Korpusunun “840-cı bölməsi”nin üzvləridir.

“The National” nəşri təhlükəsizlik mənbəsinə istinadən yazıb ki, bundan əvvəl həbs edilən 5 nəfər Britaniyaya qeyri-qanuni yollarla miqrant kimi miqrant qayıqlarında daxil olublar.

“Əməliyyatçılar və kəşfiyyatçılar hələ də Böyük Britaniyada yaşayan və terror aktlarının logistika və planlaşdırmasında iştirak etmiş çoxlu sayda iranlıları araşdırırlar”,- mənbə əlavə edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar