SON XƏBƏRLƏR

Təbriz Universitetinin tələbəsi edama məhkum edildi

2025.05.11, 11:13
Təbriz Universitetinin tələbəsi edama məhkum edildi

Təbriz Universitetinin tələbəsi 22 yaşlı Ehsan Fəridi edam cəzasına məhkum edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, edam barədə qərarı Təbrizin İnqilab Məhkəməsinin 2-ci bölməsi verib.

E.Fəridi “müharibə” (dini hakimiyyətə qarşı çıxmaq) ittihamına görə ölüm cəzasına məhlum edilib.

Onun barəsində ölüm hökmü Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) məlumatlarına istinad edilərək verilib.

Qeyd edək ki, Təbriz Universitetinin inşaat və istehsalat mühəndisliyi fakültəsinin tələbəsi Ehsan Fəridi 19 may 2024-cü ildə Ümumi və İnqilab Məhkəməsinə çağırıldıqdan sonra həbs edilərək Təbrizin mərkəzi həbsxanasına köçürülüb.

GünazTV 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar