SON XƏBƏRLƏR

Aclıq edən azərbaycanlı siyasi məhbusun həyatı təhlükədədir

2025.05.12, 10:23
Aclıq edən azərbaycanlı siyasi məhbusun həyatı təhlükədədir

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin həbsxanasında aclıq aksiyası keçirən azərbaycanlı siyasi məhbus Hamid Qaraoğlaninin vəziyyəti ağırlaşıb.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bildirilib ki, aprelin 11-dən aclıq edən Qaraoğlaninin vəziyyəti ağırlaşdıqdan sonra xəstəxananın tibb məntəqəsinə köçürülsə də, serum qəbul etməkdən imtina edib və yenidən palataya qaytarılıb.

İnsan haqları təşkilatları həbsxanadakı mənbələrə istinadən syasi məhbusun həyatının təhlükədə olduğunu və hər an həyatını itirə biləcəyi barədə xəbərdarlıq ediblər.

5 ilə yaxındır həbsdə saxlanılan Qaraoğlani, şərti azadlığa buraxılması barədə müraciətlərinin cavabsız qalmasına etiraz olaraq aclıq edir.

O, bundan əvvəl mart ayında da oxşar tələblə uzun müddətli aclıq aksiyası keçirdiyinə görə vəziyyəti ağırlaşmış və xəstəxanaya köçürülmüşdü.

Qeyd edək ki, Hamid Qaraoğlani 27 iyun 2020-cı ildə saxlanılıb, 28 sentyabr 2020-cı ildə Urmiya İnqilab Məhkəməsinin 2 saylı bölməsində mühakimə olunub.

O, "Amerika, və İsrailə casusluqda”, “xarici media ilə əlaqə”də, “rəhbəri təhqir etmək”də, "Qasım Süleymaninin şəklini cırmaq”da günahlandırılıb.

Azərbaycanlı məhbusun barəsində çıxarılan edam qərarı sonradan 14 il həbs cəzasına dəyişdirilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar