SON XƏBƏRLƏR

Sistan və Bəluçistanda silahlı qarşıdurma- Ölənlər var

2025.05.14, 16:19
Sistan və Bəluçistanda silahlı qarşıdurma- Ölənlər var

İranın Sistan və Bəluçistan əyalətinin Saravan bölgəsində silahl qarşıdurma olub.

Gunaz.tv

Bu barədə Bəluç Fəallarının Kampaniyası məluamt yayıb.

Məlumata görə, polis qüvvələri ilə qarşıdurmada 24 yaşlı Rəhmən Qumşadzehi və 23 yaşlı Xudabəxş Məzarzehi
 yerindəcə həlak olub, bir polis əməkdaşı isə yaralanıb.

"Polis qüvvələri Rəhmən Qumşadzehi və Xudabəxş Məzarzehinin olduğu avtomobilə öncədən xəbərdarlıq etmədən atəş açıblar və adı çəkilən şəxslər onlara müqavimət göstərib",- məlumatda qeyd olunub.

Öldürülənlərin hansı qrupa aid olduqları barədə məlumat verilməyib.

Qeyd edək ki, 2024-cü ildə hökumət qüvvələrinin açdığı atəş nəticəsində 122 bəluc həlak olub, 114 bəluc isə yaralanıb.

Öldürülənlər arasında 14 uşaq, 8 qadın, yaralananların arasında isə 8 uşaq və 7 qadının adı var.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar