SON XƏBƏRLƏR

Danışıqlar ərəfəsində Rusiyadan misli görünməmiş hücum

2025.05.15, 12:09
Danışıqlar ərəfəsində Rusiyadan misli görünməmiş hücum

Son sutka ərzində Rusiya hərbçiləri Ukraynanın Zaporojye vilayətində on yaşayış məntəqəsinə 500 zərbə endirib.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri İvan Fedorov bildirib.

"Rusiya qoşunları Stepnoqorsk, Kamenskoye, Qulyaypole, Krasnıy və Zeleni Qaya 8 hava zərbəsi endirib. 283 müxtəlif modifikasiyalı PUA Kamenskoye, Qulyaypole, Şerbaki, Novodanilovka, Malaya Tokmaçka, Volşebnoye və Novodarovkaya hücum edib", - o, telegramda yazıb.

Vilayət həmçinin 5 dəfə yaylım atəşli reaktiv sistemlərdən (MLRS), 204 dəfə isə artilleriyadan atəşə tutulub.

“Doqquz mənzil, qeyri-yaşayış binaları və avtomobillərə ziyan dəyməsi ilə bağlı məlumatlar daxil olub. Dinc sakinlər arasında xəsarət alan olmayıb”, – deyə Fyodorov əlavə edib.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar