SON XƏBƏRLƏR

Trampı səfərdə azərbaycanlı iş adamı da müşayiət edib

2025.05.15, 13:23
Trampı səfərdə azərbaycanlı iş adamı da müşayiət edib

ABŞ Prezidenti Donald Trampın üç ərəb ölkəsinə səfərində onu müşayiət edənlər arasında azərbaycanlı iş adamı Dara Xosroşahi də var.

Gunaz.tv

 Uber şirkətinin baş dirrektoru olan Xosroşahi, Trampın əksər görüşləri və rəsmi ziyafətlərində iştirak edib.

Qeyd edək ki, 1969-cu ildə anadan olan Dara Xosroşahinin ailəsi Təbriz yaxınlığında yerləşən Xosroşah şəhərindəndir.

Onlar İran və Orta Şərqin ən böyük şirniyyat və şokolat istehsalçısı olan Minu İndusterial Qrupunun qurucusu və yiyəsi olublar.

Dara Xosroşahinin ailəsi İranda mollalar hakimiyyətə gəldikdən sonra Fransaya, oradan isə Amerikaya mühacirət ediblər.

Hazırda ABŞ-nin ən tanınmış iş adamlarından olan D.Xosroşahi Donald Trampın seçki kampaniyasına 1 milyon dollar ianə etmişdi.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar