SON XƏBƏRLƏR

AMİP rəhbərliyi Brüsseldə səfərdədir

2025.05.15, 13:28
AMİP rəhbərliyi Brüsseldə səfərdədir

Azərbaycan Milli İstiqlal partiyasının sədri Arzuxan Əlizadə, sədrin beynəlxalq məsələlər üzrə müavini Elşən Mustafayev və AMİP Qadınlar Təşkilatının sədr müavini İlhamə Əliyeva Beynəlxalq Demokrat İttifaqının “BDİ-2005” Forumunda iştirak etmək üçün Brüsseldə səfərdədirlər.

Gunaz.tv

Azərbaycan Milli İstiqlal partiyasından GünazTV-yə verilən məlumata əsasən forumda dünyanın sağ mərkəz partiyalarının rəhbərləri, keçmiş və hazırkı hökumət və dövlət başçıları, Avropa parlamentinin rəhbərliyi və deputatları, Avropa İttifaqı komissarları, eləcə də media rəhbərləri və siyasətçilər iştirak edirlər. Forumda həmçinin ABŞ Respublikaçılar partiyasının rəhbərliyi, senatorlar və konqresmenlər də iştirak edir. 

Forumun əsas müzakirə mövzuları dünyada mövcud olan iqtisadi problemlər, Rusiya Ukrayna müharibəsi, Avropanın təhlükəsizlik məsələləri və s.-dən ibarətdir. 

May ayının 16-da isə Beynəlxalq Demokrat İttifaqının hər üç ildən bir keçirilən növbəti qurulatayı olacaqdır. Qurultayda BDİ-nin sədrliyinə və digər rəhbər orqanlara seçkilər keçiriləcək.

Xatırladaq ki, Beynəlxalq Demokrat İttifaqının (IDU) Forumu öncəsi Azərbaycan Milli İstiqlal partiyasının sədri Arzuxan Əlizadə ittifaqın hazırkı Prezidenti, Kanadanın sabiq Baş naziri Stefan Karperlə görüşdü. Arzuxan Əlizadə özünün Facebook səhifəsində bildirib ki, S. Karper rəhbərlik etdiyi Təşkilatda AMİP-in fəaliyyətindən məmnunluğunu ifadə etdi. Arzuxan Əlizadə öz növbəsində Foruma dəvətə görə təşəkkürünü bildirib.

 

ARZUXAN%201.jpeg

 

ARZUXAN.jpeg

 

 

Şahin Elxanoğlu

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar