SON XƏBƏRLƏR

İlham Əliyev Zirvə Toplantısında bir sıra liderlərlə görüşdü

2025.05.16, 14:41
İlham Əliyev Zirvə Toplantısında bir sıra liderlərlə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniyada keçirilən zirvə toplantısında bir sıra liderlərlə görüşüb.

Gunaz.tv

GünazTV xəbər verir ki, Prezident İlham Əliyev Albaniyada "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısı çərçivəsində İspaniyanın Baş naziri Pedro Sançez, Litvanın Baş naziri Gintautas Palukas, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Çex Respublikasının Baş naziri Petr Fiala, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç, Avropa Şurasının Baş katibi Alen Berse, Ermənistan Baş naziri Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  ilə görüşüb.

Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri əvvəlcə ayaq üstdə söhbətləşiblər, daha sonra müzakirələr masa arxasında davam etdirilib.

Fransanın Prezidenti Emmanuel Makron da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yaxınlaşaraq görüşüb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimində iştirak edib. Albaniya Respublikasının Baş naziri Edi Rama Azərbaycan Prezidenti İlham Əliyevi, Zirvə toplantısında iştirak edən digər dövlət və hökumət başçılarını qarşıladı.

 

 

Şahin Elxanoğlu

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar