SON XƏBƏRLƏR

SEPAH terror təşkilatı elan edilsin- Britaniyalı deputatlar

2025.05.18, 11:36
SEPAH terror təşkilatı elan edilsin- Britaniyalı deputatlar

Mayın 17-də Britaniya parlamentinin yüzlərlə deputatı və Lordlar Palatasının üzvü Baş nazir Keir Starmeri SEPAH-ı terror təşkilatları siyahısına salmağa çağırıb.

Gunaz.tv

Bu barədə Britaniya mətbuatı məumat yayıb.

Bildirilib ki, keçmiş hökumət rəsmiləri də daxil olmaqla, 550-dən çox deputat bununla bağlı məktub imzalayıblar. 

“Dağılmaqda olan İran rejimi ilə uzlaşmaq demokratik dəyərlərə xəyanətdir. Bu, onun repressiv siyasətini gücləndirir və qlobal təhlükəsizliyi sarsıdır. Çünki Tehran öz nüvə ambisiyalarını və terror aktlarını davam etdirir”,- məktubda yazılıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar