SON XƏBƏRLƏR

Avropa İttifaqı bu gün Suriyaya qarşı sanksiyaları ləğv edə bilər

2025.05.20, 12:59
Avropa İttifaqı bu gün Suriyaya qarşı sanksiyaları ləğv edə bilər

Amerikanın ardınca Avropa İttifaqı (Aİ) Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv etməyi planlaşdırır.

Gunaz.tv

GünazTV xəbər verir ki, bunu Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Kaya Kallas Aİ xarici işlər və müdafiə nazirlərinin toplantısından əvvəl deyib.

“Suriyaya gəldikdə, ümid edirəm ki, bu gün iqtisadi sanksiyaların ləğvi ilə bağlı razılığa gələcəyik. Aydındır ki, biz (Suriyada) insanlar üçün iş və dolanışıq vasitələrinin olmasını istəyirik ki, Suriya daha sabit bir ölkə olsun”, - Kallas bildirib. 

O əlavə edib ki, Suriya ilə bağlı müzakirələrdən sonra nazirlər Qəzza zolağı ilə bağlı “çətin” müzakirə aparacaqlar.

Mayın 13-də Amerika prezidenti Donald Tramp Suriyaya “şans vermək” üçün ölkəyə qarşı sanksiyaları ləğv etmək niyyətində olduğunu açıqlayıb. O qeyd edib ki, onu bu qərara Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirələrdən sonra qərar verib.

 

 

Şahin Elxanoğlu

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar