SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda 236 idarə bağlandı

2025.05.20, 16:29
Qərbi Azərbaycanda 236 idarə bağlandı

Son 24 saatda Qərbi Azərbaycan əyalətində 236 bank və idarəyə elektrik enerjisinin verilişi dayandırılıb.

Gunaz.tv

Bu barədə Qərbi Azərbaycan Elektrik Paylayıcı Şirkəti məlumat yayıb.

Bildirilib ki, bank və dövlət idarələri nəzərdə tutulandan artıq elektrik enerjisindən istifadə etdiklərinə görə cəzalandırılıblar.

Qeyd edək ki, elektrik enerjisinə qənaət etmək üçün mayın 10-dan İranda dövlət idarələrinin və məktəblərin iş saatı 06-dan 13:00-a kimi təyin edilib.

İran hökumətinin sözçüsü Fatimə Mühacirani ölkədə 20 Meqavat elektrik çatışmazlığı olduğunu deyib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar