SON XƏBƏRLƏR

Yəzddə Azərbaycana qarşı irqçı şüarlar səsləndirilib

2025.05.22, 15:03
Yəzddə Azərbaycana qarşı irqçı şüarlar səsləndirilib

Mayın 21-də Yəzd şəhərində Urmunun "90 Urmiya" futbol komandası ilə Yəzdin "Şəhid Qəndi" komandasının oyunu keçirilib.

Gunaz.tv

Bu barədə idman mediası məlumat yayıb.

Qarşılaşma 1-1 hesabı ilə başa çatsa da, Azərbaycan təmsilçisi əvvəlki oyunda rəqibini 2-1 hesabı ilə məğlub etdiyinə görə, "Azadeqan" liqasına vəsiqə qazanıb.

Yəzddə keçirilən oyun idman yarışından daha çox yəzdlilərin Azərbaycan və azərbaycanlılara qarşı irqçı və təhqiramiz davranışları və şüarları ilə yadda qalıb.

"Şəhid Qəndi" komandasının tərəfdarları və komandanın texniki heyəti azərbaycanlı oyunçuları təhqir edib, onlara butulka və başqa yad cisimlər ataraq, oyunun gedişatını pozmağa, urmulu futbolçuları qarşıdurmaya cəlb etməyə çalışıblar.

Urmu təmsilçisinin baş məşqçisinin İran Futbol Federasiyasının nümayəndələri və hakimə iradları cavabsız qalıb, rəqib komandanın oyunçularının qeyri-etik davranışları və ifadələrinə göz yumulub.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar