SON XƏBƏRLƏR

Qaraqışlaq gölü quruyur

2025.05.22, 16:03
Qaraqışlaq gölü quruyur

Urmiya gölü su hövzəsində olan Binab rayonunun məşhur Qaraqışlaq tamamilə qurumaq təhlükəsi ilə üzləşib.

Gunaz.tv

Bu barədə Şərqi Azərbaycanın Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru Məhəmməd Hüseyn Həsənzadə məlumat verib.

Bildirib ki, Qaraqışlağın vəziyyəti ötən illə eyni olsa da, uzun müddətli dövrlə müqayisədə göldə ekoloji problem dərinləşib.

Həsənzadənin dediyinə görə, 40 min hektar sahəsi olan bataqlıq göl və ətraf bölgələrində 153 quş, 178 müxtəlif heyvan növləri yaşayır.

O, bataqlıq gölün qurumasının davam edəcəyi təqdirdə həmin heyvan növlərinin çoxunun məhv olacaı və bölgənin ekosisteminin dəyişəcəyini bildirib.
 
Qeyd edək ki, Qarağışlaın əsas su təminatşısı olan Cığatı çaydan (Zərrine rud) bataqlıq gölə ildə 64 milyon kubmetr su buraxılmalı olsada, illərdir bu mümkün olmayıb.

Buna görə də, hazırda yalnız 2.5 milyon ubmetr suyu olan Qaraqışlaq tamamilə qurumaq və məhv olmaq təhlükəsi ilə üz-üzədir.

İranın şimal-qərbindəki bataqlıqların gəlini adlandırılan Qaraqışlaq bataqlıq gölü beynəlxalq qeydiyyata alınıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar