SON XƏBƏRLƏR

Xiyavlı fəal zaminə buraxılmır

2025.05.23, 11:29
Xiyavlı fəal zaminə buraxılmır

Təbrizin "Traxtur" və Qəzvinin "Şəms Azər" futbol komandalarının oyunundan sonra həbs edilən xiyavlı milli fəal və "Traxtur" komandasının tərəfdarı Kazim Səfabəxş Qəzvin həbsxanasında saxlanılır.

Gunaz.tv

Bu barədə insan haqları fəaları məlumat yayıb.

Məlumata görə, Səfabəxşin müvvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılması üçün 400 milyon tümənlik girov qoyulsa da,  təhlükəsizlik orqanları buna mane olur.

Bununla yanaşı, həbsdə olan fəalın telefonunun məmurlarda olduğu, onun sosial media hesablarının məqsədli şəkildə və nəzarət etmək üçün aktiv saxlanıldığı bildirilir.

Qeyd edək ki, SEPAH-ın təhlükəsizlik bölməsinin əməkdaşları Kazım Səfabəxşi mayın 2-də Qəzvin şəhərində həbs ediblər.

O, bundan əvvəl də dinc mədəni fəaliyyətlərinə görə bir neçə dəfə saxlanılıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar