SON XƏBƏRLƏR

Urmuda İşıq İdarəsinə silahlı hücum olub

2025.05.23, 15:19
Urmuda İşıq İdarəsinə silahlı hücum olub

Bu gün Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin İşıq İdarəsinə silahlı hücum olub.

Gunaz.tv

Bu barədə əyalətin polis rəisi Rəhim Cahanbəxş məlumat verib.

"Bu gün polis qüvvələri odlu silahdan atəş açaraq bir vətəndaşı ölümlə təhdid edən şəxsi həbs edib",- məlumatda bildirilib.

Hücumçunun kimliyi barədə açıqlama verilməyib, bir odlu silahın götürüldüyü və hücumçu barəsində cinayət işi açıldığı qeyd olunub.

Yerli sosial media platformalarında hücumçunun kürdəsilli Naci Şərif Zindəştinin qardaşı oğlu olduğu və Urmu İşıq İdarəsinə hücum etdiyi bildirilib.

Sosial media fəalalrının hadisə yerindən yaydıqları videolarda bir nəfər yaralının xərəkdə ambulansa aparıldığı əks olunsa da, rəsmi media ehtimal olunan ölü və yaralı barədə hər hansı məlumat yaymayıb.

Qeyd edək ki, SEPAH-a yaxınlığı ilə tanınan, keçmiş narkobaron və hazırda "xeyriyyəçi iş adamı" kimi qələmə verilən Naci Şərif Zindəşti həm də kürd silahlı qruplaşmaları ilə əlaqəli şəxs hesab edilir.

O, hazırda  Qərbi Azərbaycan əyalətində Azərbaycan torpaqlarına iddia edən kürd qruplaşmalarının əsas himayəçilərindən biri kimi tanınır.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar