SON XƏBƏRLƏR

İranın dəstəklədiyi Fələstin qruplarının liderləri Suriyanı tərk ediblər

2025.05.24, 10:03
İranın dəstəklədiyi Fələstin qruplarının liderləri Suriyanı tərk ediblər

İslam Respublikasının dəstəklədiyi və Bəşar Əsədlə yaxın münasibətləri olan Fələstin qruplarının liderləri, Suriyanın yeni dövlətinin təzyiqləri nəticəsində bu ölkəni tərk etmək məcburiyyətində qalıblar.

Gunaz.tv

Bu barədə Fransa xəbər agentliyi məlumat yayıb.

"Fələstin silahlı qruplaşmalarının liderlərinin Suriyadan çıxarılması Donald Trampın bu ölkəyə tətbiq etdiyi sanksiyaların aradan qaldırılması üçün şərtlərindən biri olub",- məlumatda bildirilib.

Fransa xəbər agentliyinə müsahibə verən qruplardan birinin adı açıqlanmayan lideri deyib ki, İranın dəstəklədiyi qruplar qərargahlarında və ya üzvləri yanında saxlanılan silahlarını Suriya hökumətinə təhvil veriblər.

Məlumata görə, Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsinin yaradıcısı Əhməd Cəbrailin oğlu Xalid Cəbrail, Fələstinin Azadlıq Xalq Cəbhəsinin baş katibi Xalid Əbdül Məcid və Fəth İntifazəsinin baş katibi Ziad Əl-Səğir Suriyanın yeni hakimiyyətinin təzyiqi altında ölkəni tərk edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar