SON XƏBƏRLƏR

FIFA prezidenti "Traxtor" klubunu çempion olması münasibətilə təbrik edib

2025.05.24, 09:59
FIFA prezidenti "Traxtor" klubunu çempion olması münasibətilə təbrik edib

İran Premyer Liqasında "Traxtor"un qələbəsindən sonra Canni İnfantino qələbə münasibətilə komandanı təbrik edən mesaj yayımlayıb.

Gunaz.tv

“Traxtor” klubunun rəsmi mətbuatının verdiyi məlumata görə, İnfantino İran Futbol Federasiyasının prezidenti Mehdi Taca bununla bağlı məktub ünvanlayıb.

“Hörmətli Federasiya prezidenti, bu məktub vasitəsilə İran futbolunun yeni çempionları Traxtoru təbrik etməkdən şərəf duyuram! Mövsüm boyu göstərdikləri səylər və ardıcıl nəticələr öz bəhrəsini verdi. Bu böyük nailiyyətə görə komandanın və klubun hər bir üzvünü təbrik edirəm.” - deyə məktubda bildirilib.

Qeyd edək ki, İran Futbol Federasiyasının rəhbəri Mehdi Tac Təbrizin Səhənd stadionunda keçirilən “Traxtor”un çempionluq mərasiminə qatılmamışdı.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar